Tərkibi: Içlik 1
200-300
qr kartof püresi
1-2 ədəd
yumurta
3 x/q
yağsız mayonez
1 dəstə
yaşıl soğan
Duz
Istiot
Içlik 2
100-150
qr bərk pendir
3 x/q
mayonez
1 dəstə
şüyüd
Hazırlanması:
Hər iki
içlik üçün ayrıca ərzaqları xırdalayıb qarışdırırıq. Sonra dilimlənmiş çörəyin üzərinə ( baton,
qalın lavaş vəs. Evdə nə varsa) əvvəlcə birinci içlikdən, sonra isə ikinci
içlikdən çəkirik. Tənbəl qəlyanaltılarımızı soba nimçəsinə düzüb 10-15 dəqiqə
175-180C dərəcədə bişiririk. Tənbəl qəlyanaltılarımız
çəhrayı rəngdə və xırt-xırt olur.