Tərkibi: 750 q qabıqlı bişirilmiş kartof 150 q un 1 yumurta 100 q kəsmikli pendir 80 q bərk pendir duz
iç: 200 q bişmiş ət 100 q kəsmikli pendir 80 q bərk pendir 1 yumurta duz üzərinə: ərinmiş kərə yağı təzə göyərti (reyhan, keşniş, cəfəri və s.)
Hazırlanması: Kartofu qabıqlı bişirin. Əti duzlu suda bişirin (tez bişsin deyə duzu sonradan ata bilərsniiz).
Kartofun qabığını təmizləyin, sürtgəcin iri gözündən keçirin. Un, yumurta, hər iki pendir növünü, duz əlavə edib eynicinsli xəmir yoğurun. İçi hazır edənədək soyuducuya qoyun.
Bişmiş əti xırda doğrayın, hər iki növ pendir, yumurta və duzla birlikdə eynicinsli kütlə alınanadək blenderdə xırdalayın.
Xəmirdən qoz boyda qoparıb kündə tutun, əlinizdə yastılayın, ortasına iç qoyub kənarlarını bükün, yenidən kürə halına salın. Un səpilmiş masanın üzərinə qoyun. Bütün nyokkiləri bu qayda ilə hazırlayın.
Qaynayan suya nyokkiləri hissə-hissə tökərək bişirin. Qaynayıb suyun üzərinə çıxandan sonra 3-5 dəqiqə bişirib kəfkirlə çıxarın. Boşqablara çəkin, üzərinə ərinmiş yağ gəzdirib doğranmış göyərti səpin.