Qadınlar.biz sobada tavakotletinin hazırlanma qaydasını təqdim edir.
Tərkibi (6 pay): 900 qr quzu əti 1 dəstə cəfəri 2 soğan duz qara istiot 3 kartof 3 pomidor zeytun yağı
Sous: 3 soğan 1 qırmızı bolqar bibəri 1 stəkan tomat suyu 1 x/q narşərab 1 x/q zeytun yağı 0,5 stəkan su duz istiot
Qiymə, duz, istiot, xırdalanmış soğan və cəfərini qarışdırıb yoğurun. 2 saat soyuducuda saxlayın. Sous: Qırmızı bibəri təmizləyib xırda doğrayın. Soğanları da xırda doğrayın. Zeytun yağında bibərlə soğanı qovurun. Tomat suyu, narşərab, su və qara istiot əlavə edib bir qədər qatılaşanadək bişirin. Kartofları təmizləyib 5 mm qalınlıqda fal-fal doğrayın. Pomidorları da eyni qaydada doğrayın. Kartofu zeytun yağında qızardın. Qiymədən 12 ədəd kotlet tutun. Yağlanmış siniyə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Sinini çıxarın, kotletlərin üzərinə kartof və pomidor dilimlərini düzün. Sousu sininin içinə tökün. Sinini təkrar sobaya qaytarıb xörəyi daha 15-20 dəqiqə bişirin. Süfrəyə isti-isti verin.