Lobya kotleti resepti

Müəllif: Narın Yağış
Şərhlər: 3
Baxılıb: 3 938
Səs ver:
(səs: 1)
Tərkibi:
– 2 stəkan bişmiş iri lobya
– 0,5 stəkan xırda doğranmış ağ soğan
– 2 x.q. zeytun yağı
– 3 diş sarımsaq
– ¼ dəstə xırda doğranmış keşniş
– 2 x.q. laym şirəsi
– 2 ədəd yumurta ağı
– zövqə görə duz, istiot

Hazırlanması:
Soğanı rəngi dəyişənədək tavada qızardıb, zövqə görə duz və istiot əlavə edin. Bişirilmiş lobyaları blenderdən keçirin və ya qaşıqla əzin. Bu kütləni qızarmış soğanın üzərinə əlavə edin. Digər inqridientləri də əlavə edərək qarışdırın və kiçik kotlet formasına salın. Daha sonra kotletin hər hər iki tərəfini 5 dəqiqə ərzində tavada qızardın.

Süfrəyə müxtəlif tərəvəz, göyərti və ayranla verə bilərsiniz :)

Nuş olsun!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 938
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri