Ətli kortof ruletləri

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 2 552
Səs ver:
(səs: 1)
Ərzaqlar:
Çəkilmiş ət – 500 qr
Un- 100-150 qr
Yumurta – 1 ədəd
Kartof – 500-600 qr
Qızartmaq üçün yağ

Hazırlanması:
Kartofu bişirib qabığını soyun və sürtgəcdən keçirin. Un, yumurta, duz və istiot vurub yoğurun.
Ətə də duz , istiot, ədviyyatlar vurun. Həmçinin soyuq su, smetan və ya qatıq vurun ki, yumşaq olsun.
Kartofdan yoğrulmuş xəmiri kolbasa formasına salıb hissə hissə bölün. Kəsdiyiniz hissələri əlinizlə açıb kənarlardan 1-1.5 sm qalmaq şərti ilə içlik qoyun. Rulet formasında büküb kənarlarını bərkidin. Hər iki tərəfi açıq qızılı rəng olana qədər yağda qızardın. Sonra formaya qoyub 200 C dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Hazır olana 5 dəqiqə qalmış üzərinə sürtgəcdən keçirilmiş pendir əlavə edin.

Ətli kortof ruletləri









Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 552
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri