Sobada südlü kartof

Müəllif: Pure Love
Şərhlər: 10
Baxılıb: 3 654
Səs ver:
(səs: 0)
Tərkibi:
5 ədəd kartof
1 çay qaşığı qırmızı toz istiot
1 çay qaşığı qara istiot
2-3 diş sarımsaq
1,5 su stəkanı süd
4 yemək qaşığı kaşar pendiri rəndəsi
1 yemə qaşığı un
1 yemə qaşığı duru yağ
Duz

Hazırlanması:

Kartofları soyub incə yumru şəkildə dilimləyin. Soba qabını yağlayın və qaba un səpin. Hazırladığınız kartof dilimlərini sıx olaraq ən az 2 qat olacaq şəkildə düzün. Sarımsaqları incə doğrayıb qarışdırın və digər ədviyyatlarla birlikdə kartofların üzərinə səpin. Ən üstə südü tökün. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada yumşalana qədər bişirin. Kartofları sobadan almadan 5 dəqiqə əvvəl üzərinə kaşar pendirlərini səpin və üzəri çəhrayılaşana qədər bişirib servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 3 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri