Tərəvəzli hinduşka yuvası

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 2 746
Səs ver:
(səs: 0)
Tərkibi:
Yarım kq hinduşka filesi
1 ədəd qırmızı və sarı bibər
1 ədəd balqabaq
3 xörək qaşığı zeytun yağı
4 ədəd təzə soğan
Duz, istiot

Sous üçün:
2 xörək qaşığı kərə yağı
2 xörək qaşığı un
1 stəkan yarım süd
1 xörək qaşığı rəndələnmiş holland pendiri
2 xörək qaşığı doğranmış cəfəri
Duz, istiot

Hazırlanması:
Əvvəl hinduşka filesini 2 barmaq qalınlığında eyni ölçüdə doğrayın və əzin. 1 xörək qaşığı zeytun yağı, qara, qırmızı istiot və duzu qarışdırıb hinduşka ətini ovun. Ortası boş yuvalar hazırlayın. Soba qabına düzüb 200 dərəcədə isidilmiş sobada 15 dəq bişirin.
Kub şəkilində doğradığınız balqabaq və bibərləri 2 xörək qaşığı zeytun yağında 10 dəq bişirin.
Sous üçün qızdırdığınız yağa un əlavə edib 1-2 dəqiqə qovurun. Südü əlavə edib tez-tez qarşdıraraq tündləşənə kimi bişirin. Pendir, cəfəri, duz və istiotu əlavə edib bir daha qarışdırın və oddan götürün.
Bəzənməsi üçün soğanın yaşıl hissələrini isti suda 1-2 dəqiqə tutub soyuq suya batırın və suyunu süzün.
Qaba sousu töküb hinduşqa yuvalarını üstünə yerləşdirin. Yuvaların içinə hazırladığınız tərəvəzli qarışımdan tökün. Kənarlarını soğanın yaşıl hissəsi ilə bağlayıb isti halda süfrəyə verin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 746
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri