xəmir: 260 q un (+ yoğurmaq üçün də bir qədər) 1 yumurta 2 x.q. bitki yağı 1 çimdik duz 120 ml otaq temperaturunda su
iç: 1 kq toyuq budu (sümüksüz və dərisiz) 250 q şampinyon 150 q bərk pendir 3 diş sarımsaq 1 dəstə cəfəri 4 x.q. narın suxarı duz istiot
Hazırlanması: Xəmir: Unu duzla qarışdırıb ortasında çuxur açın. Yağ, su, yumurtanı bu çuxura töküb unu qıraqlardan ortaya gətirməklə xəmir qatın.
Masanın üzərinə 1 x.q. un səpib xəmiri üzərinə qoyun və yoğurun. Yumşaq, elastik, ələ yapışmayacaq hala gələnədək yoğurun. Xəmir bərk olmamalıdır. Ləyənçəyə qoyub üzərinə qida plyonkası çəkin. Soyuducuda 30 dəqiqə saxlayın.
İç: Əti quşbaşı, göbələyi fal-fal doğrayın. Pendiri sürtgəcin iri gözündən keçirin. Sarımsaqla cəfərini xırda doğrayın.
İti odda bitki yağını qızdırıb əti 1-2 dəqiqə olmaqla hissə-hissə qızardın. Qaba yığın.
Eyni tavada göbələyi yumşalınca qovurun. Toyuğa əlavə edib iç üçün olan digər ərzağı da qatın (suxarıdan savayı). Duz-istiot vurub qarışdırın.
Növbəti addımda xəmiri yayıb dartmaq lazımdır.
Masanın üzərinə kətan dəsmal (50x70 sm) sərib üzərinə un səpin. Ortasına xəmiri qoyub oxlovla dəsmalın ölçüsündə yayın. Bundan artıq yaymaq mümkün olmadığından xəmiri əlinizlə dartmalı olacaqsınız. Əgər xəmiri düzgün yoğurmusunuzsa, yaxşı dartılacaq. Amma çalışın, xəmiri cırmayın.
Napnazik yayılmış düzbucaqlı xəmirin kənarlarından 2 sm, sağ tərəfindən isə 20 sm saxlamaqla üzərinə narın suxarı səpin.
Suxarının üzərinə içi yerləşdirin.
Dəsmalın kənarını qaldıraraq xəmirin təmiz (suxarısız) qaldığı yerə doğru rulet kimi bükün.