Tərəvəzli qırmızı bibər dolması resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 337
Səs ver:
(səs: 0)
Tərkibi:
6 ədəd orta ölçüdə qırmızı bibər,
1 ədəd kabak,
1 ədəd badımcan,
1 ədəd kartof,
1 ədəd kök,
1 ədəd kiçik soğan,
6 ədəd göbələk,
3 şorba qaşığı qovrulmuş fıstıq,
3 ədəd pomidor,
2 şorba qaşığı zeytun yağı,
1 çay qaşığı bibər tomatı,

Sosu üçün:
2 stəkan süzmə qatıq,
2 diş sarımsaq,
Duz,

Qızartmaq üçün:
Maye yağ.

Hazırlanması:
Əvvəlcə dolma bişirmək üçün lazım olan qırmızı bibərləri yuyub qurudun.
Tavada maye yağı qızdırın.
Qızdırmış olduğunuz yağda qurutduğunuz bibərləri qızardın.
Pomidorları yuyun.
Sonra pomidorların qabıqlarını soyun və küp-küp doğrayın.
Soğanları soyub yeməklik doğrayın.
Doğradığınız soğanları süzmə zeytun yağında bir az qovurun və üzərinə tomatı əlavə edib bir azca qovurun.
Göbələkləri də təmiz-təmiz yuyun və suyunu süzün.
Yumuş olduğunuz göbələkləri də doğrayıb yağda bir az qovurun.
Ocağın atəşini zəiflətmədən göbələklər qovrulduqdan sonra pomidoru əlavə edin və bişənə yaxın duz və istiotunu da əlavə edib qarışdırın.
Biişincə ocaqdan alın.
Qalan tərəvəzləri də yuyun və küp-küp doğrayın.
Kartofların qabıqlarını soyun, badımcanı isə alacalı soyun.
Tərəvəzlərin hamısını bibərləri qızartdığınız yağda qızardın.
Qızartdıqdan sonra onları bir dəsmal üzərinə yığın ki, yağlarını çəksin.
Daha sonra pomidor sosunu hazırladığınız qazana qızartdığınız tərəvəzləri və fıstıqları əlavə edib qarışdırın.
Duzunu və istiotunu da nəzərdən qaçırtmayın.
Qızartdığınız dolmalıq qırmızı bibərləri ortadan uzununa kəsin.
Bu kəsik hissəni çox açmadan içindəki çəkirdəkləri çıxardın və tərəvəzli qarışığı bibərin içinə doldurun.
Üzərinə incə-incə doğradığınız cəfərini səpin.
Yanında isə sarımsaqlı qatıq qoyaraq hazır tərəvəzli qırmızı bibər dolmasını servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 337
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri