Göbələkli tava kababı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 999
Səs ver:
(səs: 1)
Ərzaqlar:

1 kq quzu əti
250 qr göbələk
250 qr soğan
5-6 ədəd acı bibər
2 ədəd pomidor
1 ədəd kök
4 diş sarımsaq
1 yemək qaşığı yağ
Duz
İstiot
Bir çimdik kəklikotu

Hazırlanması:

Bir tavaya yağı qoyub əridin. Quşbaşı doğranmış əti əlavə edərək, ətlər suyunu çəkənə qədər qovurun. Doğranmış soğan və kökü də əlavə edərək, qovurmağa davam edin. Daha sonra göbələkləri dörd yerə bölərək içinə qatın. İri halqa şəklində doğranmış acı bibərləri əlavə edib, göbələklər suyunu çəkənə qədər qovurun. Pomidorları doğrayıb, duz, istiot və kəklikotu əlavə edərək tavaya tökün. 3-4 dəqiqə daha qovurub, üzərinə azacıq çıxana qədər su tökün. Aşağı temperaturda ət və tərəvəzlər yumşalana qədər bişirin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 999
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri