Bol taxıllı salat resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 2 211
Səs ver:
(səs: 0)
Tərkibi:
Yarım su stəkanı pörtmüş noxud
1 su stəkanı pörtmüş buğda
Yarım su stəkanı pörtmüş yaşıl mərci
1 çay stəkanı qaynar suda gözlədilmiş iri bulqur
1 dolmalıq qırmızı istiot
1 dolmalıq sarı bibər
1 yemək qaşığı incə doğranmış cəfəri
1 yemək qaşığı incə doğranmış yaşıl soğanı

Sousu üçün
2 yemək qaşığı nar turşsu
4 yemək qaşığı zeytun yağı
Yarım limonun suyu
2 ədəd balaca soğanı
1 çay qaşığı duz

Hazırlanması:
Bibər tumlarını təmizləyib yarısını kub qalan yarısını isə julyen doğrayın. Sous üçün, nar turşsu, zeytun yağı limon suyu, qıyılmış əkin soğanı və duzu bir kasaya alıb çırpın. Küp doğranmış bibər və digər salat vəsaitlərini böyük bir kasaya alıb üstünə sousu tökün. Qarışdırıb üzərinə julyen doğranmış bibərləri əlavə edin. Servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 211
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri