Zəncəfilli kök salatı resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 2 155
Səs ver:
(səs: 0)
Tərkibi:
6 orta boy yerkökü
3 yemək qaşığı quru üzüm
1 yemək qaşığı qıyılmış təzə zəncəfil
1 şirin qaşığı çörək otu
1 kahı
3 yemək qaşığı şam fıstığı

Sous üçün
3 yemək qaşığı zeytun yağı
Yarım limonun suyu
Yarım çay qaşığı duz
1 çay qaşığı şəkər tozu

Hazırlanması:
Köklərin qabığını təmizləyib rəndənin iri yanıyla rəndələyin. Böyük bir kasaya köçürün. Quru üzüm, qıyılmış zəncəfili əlavə edib qarışdırın. Başqa bir kasada zeytun yağı, limon suyu, duz və şəkəri qarışdırın. Kahını dördə bölün. Daxili hissədə yerləşən kiçik yarpaqlarını böyük bir xidmət qabının içinə düzün. Üzərinə yerkökü köçürün. Dolmalıq fıstıqları çox az zeytun yağı əlavə olunmuş tavada qovurun. Kökün üstünə səpin. Üzərinə sousu gəzdirib çörək otu səpin. Saxlanmadan xidmət edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 155
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri