Soya souslu kartof salatı resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 910
Səs ver:
(səs: 0)
Tərkibi:
8 ədəd orta boy kartof
2 ədəd orta boy qırmızı soğan
10 ədəd kornişon turşu
10 ədəd yarı qurudulmuş pomidor
5-6 ədəd şüyüd

Sous üçün:
4 xörək qaşığı soya sosu
6 xörək qaşığı zeytun yağı
Yarım limonun suyu
İstiot
Pul bibər

Hazırlanması:
Kartofları qaynadın.

Soyuduqdan sonra qabığını soyub, iri doğrayın.

Geniş bir qaba alıb üzərinə halqavari doğranmış soğan, ikiyə bölünmüş kornişon və küp doğranmış yarı qurudulmuş pomidor əlavə edin.

Doğranmış şüyüd əlavə edib qarışdırın.

Soya sousu, zeytun yağı, limon suyu, istiot və pulcuq istiotu qarışdırıb salatın üzərində gəzdirdikdən sonra servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 910
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri