Zeytunlu göbələk salatı resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 351
Səs ver:
(səs: 0)
Tərkibi:
2 su stəkanı göbələk
Yarım limonun suyu
3 budaq yaşıl soğan
1 su stəkanı yaşıl zeytun
3 ədəd cherry pomidor

Sous üçün:
1 ədəd limonun suyu
1 çay qaşığı duz
4 yemək qaşığı zeytun yağı

Hazırlanması:
Əvvəl göbələkləri yaxşıca yuyub, dikinə dilimləyin. Qaralmasınlar deyə limonlu suya atın.

Digər tərəfdən, bir şüşə kasanın içində nazik doğranmış yaşıl soğanları və yaşıl zeytunu qarışdırın.

Göbələkləri içində gözlədiyi limonlu suda 10 dəqiqə bişirin.

Suyunu süzüb, hazırladığınız soğanlı xərclə qarışdırın.

Bu arada bir kasada limon suyu, duz, zeytun yağını çalaraq hazırladığınız salat sousunu göbələklərin üzərinə gəzdirin.

Salat boşqablarına bölüşdürüb, pomidorları və limon dilimləri ilə bəzəyərək xidmət edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 351
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri