Soyuq salat resepti

Müəllif: Lalə B.
Şərhlər: 1
Baxılıb: 1 974
Səs ver:
(səs: 0)
Tərkibi:
4 yerkökü
Yarım bənövşəyi kələm
Göz qərarına uyğun qatıq
İstədiyiniz miqdarda yağ
3 diş sarımsaq
Duz

Üzəri üçün:
Şüyüd, qoz

Hazırlanması:
Yerkökümüzü və bənövşəyi kələmimizi sürtgəcdən keçiririk.
Ayrı-ayrı qablarda qarışdırırıq və soyumaq üçün buraxırıq.
Sonra sarımsağımızı soyuruq və doğrayırıq, süzülmüş qatığımıza əlavə edirik.
Yerkökü və bənövşəyi kələmimizi zövqümüzə görə duz əlavə edərək sarımsaqlı qatıq ilə birləşdiririk.
Sonra salatımızı əvvəl yerkökü, daha sonra bənövşəyi kələm ilə xidmət boşqabımıza alırıq
Şüyüd və qoz ilə bəzəyirik.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 974
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri