Çiyələkli yay salatı resepti

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 913
Səs ver:
(səs: 0)
İsti havalarda həm doyurucu, həm də yüngül yemək axtarırsınızsa, bu salatı mütləq hazırlayın. Bol vitaminlərlə zəngin olan çiyələkli yay salatı həzm prosesini asanlaşdırır. Dieta saxlayan şəxslər də bu salatı menyularına əlavə edə bilərlər.

Tərkibi:
1 dəstə aruqula (roka)
1 dəstə nanə
2 kiçik ölçülü xiyar
5-6 çiyələk
1 ovuc qoz
4 xörək qaşığı zeytun yağı
mozzarella pendiri

Hazırlaması
Əvvəlcə xiyar və çiyələkləri dilimləyib bir qaba qoyun. İçinə roka və nanəni çox doğramadan əlavə edin. Ayrı bir qabda duz, limon və zeytun yağını qarışdırıb salatın üzərinə tökün. Sonda üstünə mozzarella pendiri və qoz səpin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 913
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri