Tərkibi:
3 ədəd balqabaq
3 ədəd kök
2 diş sarımsaq
4-5 yemək qaşığı qatıq
1 şirin qaşığı mayonez
Hazırlanması:
Balqabaq və kökü blenderin qalın ucdan keçirin. Tavaya alıb bişirin, 5-6 dəqiqədə suyunu çəkdiyində ocaqdan alıb soyumağa buraxın. Qatıq, mayonez və incə qıyılmış sarımsağı bir qaba alıb yaxşıca qarışdırın. Soyuyan balqabaq və kökü bu qarışığa qoyub qaşıqla yedirin, üzərinə zeytun yağı gəzdirin. Bəzəməyi istədiyiniz kimi edə bilərsiniz.