Payız salatı resepti - Foto resept

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 7 191
Səs ver:
(səs: 3)
Tərkibi:
3 ədəd pomidor
4 ədəd xiyar
4 ədəd qaynadılmış yumurta
5 ədəd qaynadılmış kartof
1-2 dəstə yaşıl soğan
1 dəstə cəfəri
1 dəstə şüyüd
kahı
mayonez
xama
duz
istiot

Hazırlanması:
1. İnqredientlər hazırlanır.


2. Tərəvəzlər və göyərtilər yuyulur, qurudulur, qaynadılmış kartof və yumurtlarar təmizlənir. Kartof və yumurta kubik şəklində doğranılır.


3. Ardınca xiyarlar yarımdairəvi formada doğranıb boşqaba əlavə edilir.


4. Pomidorlara hələ ki toxunulmur, çünki inqredientlərin içində pomidor ən sulu tərəvəzdir. Yaşıl soğan doğranıb salata əlavə edilir.

 

 


5. Sonra iri kvadrat formasında kahı doğranılır.

 


6. Göyərtilərdən qalan cəfəri və şüyüd həmçinin xırda doğranıb salata əlavə edilir.


7. Hamısına duz və istiot əlavə edilir.


8. Bütün inqredientlər doğranandan sonra sıra gəlir pomidora. Pomidorlar orta boyda kubiklər şəklində doğranılır və salat boşqabına əlavə edilir.

 


9. Bərabər həcmdə mayonez və xama əlavə edilir.

 


10. Salat qarışdırılır.


11. Yaxşı qarışdırılandan sonra birdaha zövqə görə mayonez və xama əlavə edilib qarışdırılır.


12. Və budur, salat hazırdır. Bu reseptdə salat 3-5 porsiya üçün nəzərdə tutulub, lakin siz hazırlayarkən mütləq yeyə biləcəyiniz qədər hazırlayın, çünki bu salat 1 gündən sonra sulu alınır.
 


 
Nuş olsun!
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 7 191
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri