Gavalı salatı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 15 657
Səs ver:
(səs: 8)
Tərkibi:
100 qr qara gavalı
100 qr toyuğun döş əti
100 qr qoz ləpəsi
2 ədəd kartof
2 ədəd kök
2 ədəd yumurta
mayonez
duz

Hazırlanması:
1 Kartof, kök, yumurta yuyulur, üzərinə su tökülür, bişənə kimi qaynadılır. Bişdikdən sonra qabıqları təmizlənir.
2 İnqredientlər hazırlanır
3 Toyuq suda bişirilir. Bişdikdən sonra əlnən xırda hissələrə ayrılır və ya bıçaqla xırda doğranılır.
4 Gavalı doğranılır.
5 Qoz ləpələri maşından keçirilərək üyüdülür.
6 Salat hazırlanarkən ilk növbədə qaba az miqdarda mayonez vurulur
7 Kartof sürtkəcdən keçirilir, üzərinə duz və mayonez vurulur.
8 Kök sürtkəcdən keçirilir və kartofun üzərinə əlavə olunur. Ardınca duz və mayonez vurulur.
9 Duz və mayonez vurularaq bütün inqredientlər qat-qat yığılır. Kök, kartof, yumurta sürtkəcdən keçirilir.
10 Sonda kartof sürtkəcdən keçirilərək üzərinə duz və mayonez vurulur.
11 Salatın hər tərəfinə qoz əlavə edilir
12 Salatın üstü zövqə görə bəzədilir.

Nuş olsun!
(səs: 8)
Şərhlər: 9
Baxılıb: 15 657
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri