Tərkibi:
1 santimetr qalınlığında 200 qram çörək dilimləri
1 baş sarımsaq
1 ədəd limon
1 dəstə doğranmış cəfəri
1 ovuc təzə nanə yarpağı
1 fincan zeytun yağı
2 ədəd xiyar
200 qram pomidor
duz
qara bibər
Hazırlanması:
Çörək dilimlərini kiçik parçalara ayırın. Cəfəri və nanəni çox incə doğrayın.
Pomidor və xiyarları isə qabığıyla birlikdə kiçik kublar halında doğrayın. Sarımsağı soyaraq əzin və sonra hazırladığınız bütün ləvazimatları bir qabda cəm edin.
Çörəkləri də bura əlavə edin. Üzərinə zeytun yağı tökün. Sonra limonu üstünə sıxın. Yüngülcə qarışdırıb soyuducuya qoyun.
Tam soyuduğunu yəqin edəndən sonra süfrəyə təqdim edə bilərsiniz.