Tərkibi:
1 böyük dəstə təzə pərpətöyün
2 fincan və ya bir qədər çox qatıq
2 diş əzilmiş sarımsaq (qədərini zövqə görə müəyyənləşdirin)
Duz,zövqə görə
Üzərinə çiləmək üçün zeytun yağı, səpmək üçün paprika (şirin qırmızı istiot)
Hazırlanması:
Pərpətöyün
təmizlənir, gövdələri kəsilir. Yarpaqlı hissə iri-iri
doğranır,doğrandıqdan sonra təmiz yuyulur. Suyu süzülüb qurudulur (tez
olsun deyə mən mətbəx salfetiylə ehmalca qurulayıram).
Bir qabda
qatıqla əzilmiş sarımsaq qarışdırılır. Pərpətöyün əlavə olunur,yavaşca
qarışdırılır. Tam qarışdıqdan sonra zövqə görə duz qatılır. Hazır salat
dayaz boşqaba boşaldılır. Üzərinə bir qədər zeytun yağı çilənir, paprika
səpilir və süfrəyə verilir.