Tərkibi:
1 kasa konservləşdirilmiş meksika lobyası (hər hansı lobya növündən istifadə edə bilərsiniz. Sadəcə suda bişirib soyudun)
1 dəstə pərpərəng (pərpətöyün)
1 kasa qarğıdalı
1 kasa xiyar turşusu
1 ədəd qırmızı soğan
2 ədəd pomidor
Duz, limon və zeytun yağı
Hazırlanması:
Turşunun yarısını kvadrat formasında, digər yarısını isə uzunsov doğrayın. Pərpərəngi və soğanı xırda-xırda doğrayın. Pomidorun qabığını soyub doğrayın, şirəsini atın. Daha sonra duz, zeytun yağı və limon şirəsi ilə birlikdə hamısını qarışdırın. Uzunsov doğradığınız turşularla salatı bəzəyin.