Tərkibi:
lavaş
350 q mayonez
3 diş sarımsaq
2 yerkökü
100 q bərk pendir
4 yumurta
1 şirin bolqar bibəri
250 q bişmiş kolbasa
1 dəstə şüyüd və ya cəfəri
Hazırlanması:
Yerkökünü
soyuq su ilə yuyun, qabığını təmizləyib sürtgəcin xırda gözündən
keçirin. Pendiri də sürtgəcin xırda gözündən keçirib yerkökünə əlavə
edin. Sarımsağı əzib pendirlə yerköküyə qatın. Mayonez əlavə edib
qarışdırın.
Yumurtanı
bişirin. Soyudub soyun, sürtgəcin xırda gözündən keçirin. Bolqar
bibərini xırda kubik doğrayın. Ayrıca qabda xırdalanmış yumurta ilə
qarışdırın.
Kolbasanı sürtgəcin xırda gözündən keçirin.
Lavaşı hamarlayın, üstünə mayonez çəkin. Yerkökülü-pendirli qarışığı bərabər qaydada üstünə döşəyin.
İkinci
lavaşı üstünə qoyun. Onun da üstünə mayonez çəkin. Üstünə yumurtalı
qarışığı döşəyin. Üçüncü lavaşı üstünə qoyun, mayonez çəkin.
Sürtgəcdən keçirilmiş kolbasa döşəyin, xırdalanmış göyərti səpin.
Səliqə ilə rulet bükün.
Qida plyonkasına bükün. Soyuducuda 1 saat saxlayın.