Xoruz salatı

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 4 137
Səs ver:
(səs: 0)
Tərkibi:
2 toyuq budu
1 soğan
3 yumurta
100 q bərk pendir
0.5 st. uzun düyü
3 marinə edilmiş xiyar
2 yerkökü
2 diş sarımsaq
150 q mayonez
1 ədəd qara zeytun
1 bolqar bibəri
göyərti

Hazırlanması:
Toyuq budunu suda bişirib soyuduqdan sonra əti sümükdən ayırın. Düyünü, yerkökü və yumurtaları ayrılıqda qaynadın. Sarımsağı əzib mayonezlə qarışdırın.
Perqamenti xoruz formasında kəsib buluda qoyun. Üzərinə azca su çiləyin (ya da salfeti isladıb üzərinə çəkin).
Aralarına mayonez çəkməklə lay-lay düzün: düyü + xırda kubik doğranmış yerkökü (dimdik üçün balaca hissəsini saxlayın) + xırda doğranmış soğan + ət + nazik fal-fal doğranmış xiyar + sürtgəcdən keçirilmiş yumurta + sürtgəcdən keçirilmiş pendir. Salatın kənarlarına da mayonez çəkin. Qara zeytundan göz, yerköküdən dimdik, bolqar bibərindən xoruzun quyrugu və pipiyini düzəldin, göyərti ilə bəzəyin.

Soyuducuda bir neçə saat saxlayın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 137
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri