Salat reseptləri

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 4 645
Səs ver:
(səs: 2)
Bahar salatı
Turp (ağ və qırmızı) – 100q, yumurta -1/2 əd, xiyar – 40q, yerkökü – 40q, yaşıl kahı – 10q, duz. Ağ turpun qabığı soyulur. Ağ və ya qırmızı turp nazik dilimlərlə doğranır və təpəcik şəklində boşqaba yığılır, dairəvi kəsilmiş xiyar, yerkökü, dilimlərə bölünmüş yumurta və kahı ilə bəzənir. Üstünə şüyüd səpilir.

Çuğundur fisincanı
Çuğundur – 200q, kərə yağı – 20q, nar şirəsi və ya dənələri – 30 q, qoz ləpəsi – 40q, baş soğan – 25q, keşniş göyərtisi – 15q, duz. Çuğundur təmizlənir, dilimlərə doğranır, qazana tökülüb öz buğunda bişirilir. Bişmiş çuğundur qoz ləpəsi ilə ətçəkən maşından keçirilir, yağ, nar şirəsi və duz vurulur. Fisincan boşqaba qoyulur, üzəri bəzədilir.

Fəvvarələr meydanı salatı

Toyuq döşü, xiyar, pomidor – 2 ədəd, cəfəri, mayonez, duz, istiot.
Toyuq döşü yuyulur, bişirilib soyudulur. Kubik şəklində doğranır. Pomidor və xiyar da eyni şəkildə doğranır. Cəfəri vurulur. Süfrəyə verilərkən mayonez əlavə edilir.

Fransız salatı

3-4 ədəd kartof, 3 ədəd kök, çuğundur, ağ kələm, 1 ədəd baş soğan, 500 q mal əti, sirkə, soya sosu, qara və qırmızı istiot, duz.
Ət xırda doğranır, az yağda qızardılır. Kartofdan başqa bütün tərəvəzlər rəndədən keçirilir. Qızardılmış ət əlavə edilir. Sonra kartofun qabığı soyulur, rəndələnir və tavada qırmızı rəng alana qədər qızardılır. Qızardılmış kartof tərəvəzlər və ətin üzərinə əlavə edilir. 5 faizli sirkə, soya sousu və ədviyyatlar qarışdırılıb salatın üzərində gəzdirilir.

Göyərti küküsü
Yumurta – 2 əd., göy soğan – 25 q, keşniş – 15 q, şüyüd – 10 q, ispanaq – 30 q, ərinmiş yağ – 30 q, istiot, duz.
Keşniş, şüyüd, ispanaq və göy soğan yuyulur, xırda doğranır, üzərinə istiot, duz və yumurta əlavə edilib diqqətlə çalınır. Küküyə bəzən ovulmuş ağ çörək və ya bir az un əlavə edilir.

Kütüm küküsü
Hisə verilmiş kütüm – 200 q, göy və ya baş soğan – 35q, keşniş – 15q, şüyüd – 10q, yumurta – 2əd, ağ çörək içi – 30q, ərinmiş yağ – 30q, istiot, duz. Hisə verilmiş kütüm balığı suda bişirilir, dərisi və sümüyü çıxarılır. Göy soğan, keşniş və şüyüd yuyulur, xırda doğranır, yumurta, xırda kütüm tikələri qoyulur
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 4 645
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri