Toyuq əti ilə göbələk salatı - Foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 6 071
Səs ver:
(səs: 0)
Tərkibi:
280 qr turşuya qoyulmuş göbələk
1 ədəd duzlu xiyar
1 ədəd kök
1 ədəd baş soğan
1 ədəd xiyar
1 ədəd qırmızı bibər
1 ədəd sarı bibər
zövqə görə cəfəri
yarım ədəd limon şirəsi
zövqə görə zeytun yağı
zövqə görə duz

Toyuq əti ilə göbələk salatı - Foto resept



























Hazırlanması:
Lazım olan inqredientlər hazırlanır. Göbələklər doğranılır. Kök yuyulub qaynadılır, yarıbişmiş halda uzunsov şəkildə doğranılır. Xiyar yuyulur, qabığı soyulur və kök kimi uzunsov formada doğranılır. Ardınca duzlu xiyarlar nazik və uzun şəkildə doğranılır. Sarı bibər həmçinin nazik uzunsov şəkildə doğranılır. Eyni qaydada qırmızı bibər doğranılır. Cəfəri yarpaqları xırda doğranılır. Soğan nazik və halqavari şəkildə, çox xırda olmadan doğranılır. Üzərinə duz səpilərək suyu sıxılıb atılır. Doğranmış məhsullar dərin qaba yerləşdirilir. Üzərinə yarı kəsimiş limon şirəsi səpilir. Ardınca bir qədər (zövqə görə) zeytun yağı əlavə edilir. Zövqə görə biraz duz əlavə edilərək hamısı yaxşı qarışdırılır. Nəhayət rəngarəng və çox dadlı göbələkli salat hazırdır!

Nuş olsun!

PS: qızlar çoxxxxxxxxxxxx dadlı olur, mən tez-tez hazırlayıram.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 6 071
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri