Royal icing krem və peçenye resepti - FOTO RESEPT

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 4 581
Səs ver:
(səs: 1)
Royal icing, peçenye bəzəmədə istifadə edə biləcəyiniz ləzzətli bir kremdir. Onu digər kremlərdən ayıran ən əhəmiyyətli xüsusiyyəti qatı, ləzzəti və üzərində rahat işləyə bilinməsidir.
Sərt bir krem ​​növüdür. Buna görə də quruduqdan sonra pozulmadan sabit qalar. Bu xüsusiyyəti səbəb ilə tortların üzərinə yazı yazmaqda və ya şəkil çəkmək də rahatlıqla istifadə edilə bilər. Dadlı.Az bildirir ki, hazırladığınız peçenyeləri istədiyiniz kimi rəngləndirərək royal icing'le asanca bəzəyə bilərsiniz.

QEYD: Royal icing peçenye resepti üçün Dadlı.Az saytına daxil ola və ya bu yazıya "klikləyə" bilərsiniz.

Tərkibi:
3 ədəd yumurta ağı
1/4 limon suyu
1 paket toz şəkəri (250 qr)
Toz qida boyası (rəngləndirmək istəyənlərə)

Hazırlanması:
Pudra şəkəri mümkün olduğunca incə olmalı. Əvvəlcə pudra şəkərini bir neçə dəfə eləydən sonra robotdan keçirərək incəldin. Yumurta ağı və pudra şəkərini bir qabda qarışdıraraq yavaşdan bərkə doğru çırpın. Qarışığa limon suyunu əlavə edib krem ​​şanti qatı olana qədər çırpmağa davam edin. Qatılığı axıcı olsa kənarlardan daşar, sərt olsa düzgün şəkil verə bilməzsiniz. Qatılığının doğru olub olmadığını anlamaq üçün qarışıqdan bir qaşıq alın və aldığınız yerə geri damladın. Kasaya düşdükdən sonra qarışığın üstündə təxminən 5 saniyə dayanmalı. Maye olursa yavaş yavaş pudra şəkəri əlavə əlavə edin qatılığı nizamlamağa çalışın.
Rəngləndirmək üçün çox az toz boya əlavə edin və qısa bir müddət daha çırpın. Qurumaması üçün gözlətmədən istifadə edin. Qarışığı yağlı kağızdan etdiyiniz qıfın içinə dolduraraq istifadə edə bilərsiniz. Ya da spatula, bıçaq, hazır krem ​​sıkacağıyla da asanlıqla qoya bilərsiniz.

Royal icing krem və peçenye resepti - FOTO RESEPT































































































































Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 581
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri