Ev şəraitində dadlı dondurma

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 2 983
Səs ver:
(səs: 0)
İlin hansı fəsli olursa olsun, dondurma özaktuallığını itirmir.
Lakin son illər təəssüf ki, satışda olan dondurmalar dad etibarilə ürəkaçan deyil.
Bunu nəzərə alıb,Qadənla.Com ləzzətli və asan başagələn dondurma resepti təqdim edir.

Həmçinin bu dondurmaların tərkibinə qida rəngləri qataraq daha zəngin görünüş əldə edə bilərsiniz.

Tərkibi:
4 ədəd yumurtanın ağı
1 stəkan şəkər tozu
1 ç/q vanil
200 qr qaymaq
1 çimdik duz

Hazırlanma qaydası:
Yumurtaların ağını sarısından ayırıb, ağının üzərinə duz səpib, 5 dəqiqə mikserlə çalırıq. Duz mayenin daha tez bərkiməyinə kömək edir. Üzərinə yavaş-yavaş vanil və şəkər tozunu da səpib, çalmağa davam edirik. Təxmini 15 dəqiqəyə beze tam hazır olacaq. Yoxlamaq üçün qabı əyə bilərsiniz. Əgər qarışım tökülmürsə demək hazırdır. Dahasonra qaymağı da əlavə edib, mikserlə 5 dəqiqə də qarışdırırıq. Hazır dondurmanın yarısını başqa bir qaba qoyub, kakao da əlavə edə bilərsiniz. Dondurmanı 3 saat dondurucuda saxladıqdan sonra yemək olar.

NUŞ OLSUN!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 983
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri