Kakaolu keks resepti

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 6 385
Səs ver:
(səs: 1)
Tərkibi:
4 ədəd yumurta,
2 stəkan şəkər tozu,
1 stəkan bitki yağı,
1 stəkan qatıq,
1 paket qabartma tozu,
1 paket vanil,
2 yemək qaşığı kakao,
2,5 stəkan un.

Sirop:
3 xörək qaşığı şəkər pudrasının üzərinə limon sıxıb qarışdırın .

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə çırpın. Bitki yağı və qatığı əlavə edib, bir dəqiqə qarışdırın. Un, 2 yemək qaşığı kakao, vanil və qabartma tozunu əlavə edib, çırpmağa davam edin,hamar kütlə alınanadək çalın.Yağlanmış keks qabına qoyub, 180 dərəcədə bişirin.
Keksi 30-35 dəqiqə ərzində, və yaxud ortasına salıb çıxartdığınız kibrit təmiz çıxana qədər bişirin. Çox bişirməyin, yoxsa keks quru alınar. Sobadan çıxardıqdan sonra soyumasını gözləyin.
Üzərinə sirop gəzdirin.
Daha sonra servis edəcəyiniz qaba yerləşdirin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 6 385
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri