Tavada yuxa tortu resepti

Müəllif: Gülşən
Şərhlər: 8
Baxılıb: 40 091
Səs ver:
(səs: 1)
Tərkibi:
1 banka qatlaşdırılmış süd
1 iri yumurta
2 çay qaşığı qabartma tozu
3 st və ya 3 st yarım un

Krem üçün:
3 st süd
1,5 st şəkər tozu
1 yumurta
2 x/qaçığı nişasta
2 x/qaşığı un
100 qr kərə yağı
Vanel

Hazırlanması:
Qatlaşdırılmış südü və yumurtanı qarışdırıb,unu az az əlavə edib, qabartma tozunu da una qatırıq.Xəmiri əvvəlcə qaşıqla qarişdırıq, sonra əlimizlə yoğururuq.Yumşaq ələ yapışmayan xəmir alınır.
8 kündə edirik və yayırıq. Əvvəlcə isinmiş tavada iki üzlü bişiririk. Yuxanın birini üzərini bəzəmək üçün ovuntu ede bilərsiz.

Kremin hazırlanması:
Kremə lazım olan kərə yağından başqa
bütün ərzaqları qatıb,qarışdırıq top top olmaması üçün. Vam odda əlimizi saxlamadan bişiririk. Tam qatılaşdırmırıq. Kem biraz sıyıq olmalıdır. Hazır olduqdan sonra soyumağa qoyuruq. Soyuduqdan sonra yağı əlavə edirik.Yaxşıca qarışdırıq və yuxaların arasına yayırıq. Üzərini ovuntu vururuq. Bir gün yumşalması üçün gözlədilir. Sonra kəsilir.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 40 091
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri