Kakaolu ürək keks resepti

Müəllif: Love Angel
Şərhlər: 6
Baxılıb: 3 716
Səs ver:
(səs: 0)
Tərkibi:
Keks üçün:
- 1 ədəd yumurta
- 1 stəkan şəkər tozu
- 1 stəkan duru yağ
- 1 stəkan süd
- 2.5 stəkan un
- 3 çay qaşığı qabartma tozu
- 1 paket vanil
- 40 qr kakao

Krem üçün:
- 2 ədəd yumurta sarısı
- 1 stəkan şəkər tozu
- 1 yemək qaşığı un
- 2 yemək qaşığı nişasta
- 2 stəkan süd
- 1 paket vanil
- Bişirdikdən sonra 1 paket krem şanti (toz halında istifadə edin)

Hazırlanması:
1. Yumurta və şəkər tozunu yaxşıca çırpın.
2. Duru yağ əlavə edərək çırpmağa davam edin. Süd də əlavə edib, tam qarışana qədər çırpın.
3. Ayrı bir qabda un, qabartma tozu, kakao və vanili ələyin və yumurtalı qarışığa əlavə etdikdən sonra qarışdıraraq keks xəmirini hazırlayın.
4. Xəmiri 2 hissəyə ayıraraq 2dəfəyə bişirməyiniz tövsiyə olunur. Düzbucaqlı soba qabını yağladıqdan sonra xəmirin ilk hissəsini əlavə edin və əvvəlcədən 180 dərəcə temeratur ilə qızdırılmış sobada 20 dəqiqə bişirin.
5. Kremi üçün yumurta sarısı, şəkər tozu, un, nişasta və südü qazana əlavə edib, qarışdıraraq bişirin.
6. Krem bişdikdən sonra vanil əlavə edib, qarışdırın.
7. Daha sonra krem şantini əlavə edib, mikserlə çırpın. (Krem bir az qatı olur, amma krem şanti ilə çırpdıqda yumşalır)
8. Hazırladığınız keksləri ürək formalı qəliblərlə kəsin.
9. Kekslərin ilk qatının üzərinə hazırladığınız kremi sıxın.
10. Üzərini digər dilim ilə bağlayın və onun da üzərini hazırladığınız krem ilə şəkildə gördüyünüz kimi bəzəyin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 716
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri