Unsuz şokoladlı keks resepti

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 2 758
Səs ver:
(səs: 1)
Fərqli sağlıq problemlərinə görə un yeyə bilməyənlər üçün unsuz şokoladlı keks resepti ilə bu dadlardan məhrum qalmayacaqsınız. Hazırlaması asan olan bu resepti siz də bu cür problem olan yaxınlarınıza təklif edə bilərsiniz.

Tərkibi:
400 qr kərə yağı
500 tünd şokolad
8 ədəd yumurta, sarısı və ağı ayrılmış
2 st pudra şəkəri

Hazırlanması:
Balaca qazana su əlavə edib qaynadın. Qabı qazanın üzərinə qoyub içində tün şokoladı əridin. Şokolad əridikdən sonra kərə yağını əlavə edib qarışdıraraq kərə yağını da əridin.

Mikserlə yumurta sarılarını və pudra şəkərinin yarısını krem kimi olana qədər qarışdırın. Ayrı bir qabda yumurta ağını bir az qarışdırdıqdan sonra qalan pudra şəkərini də əlavə edin və əriyənə qədər davam edin.

Yumurta sarılarına əriyən şokoladdan 1 qaşıq əlavə edərək qarışdırın və yavaş-yavaş bütün şokoladı əlavə edin. Daha sonra, bu qarışıma yumurtanın ağının yarısını qatın və çöldən içəri doğru bağlayaraq qarışdırın. Qalan yumurta ağını qoyub qarışdıraraq bir-birinə qatın. Keks qabına yağlı kağız sərin, hazırladığınız qarışımı qaba tökün və 160 dərəcədə əvvəldən isidilmiş sobada 50-55 dəqiqə bişirin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 758
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri