Burqu qurabiyə resepti

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 3 767
Səs ver:
(səs: 0)
Uzun müddət yeniliyi qoruyan qurabiyə tərifləri hər zaman ən çox üstünlük verilənlər arasındadır. Həftənin əvvəlində bişmiş bir qurabiyəni həftə ərzində qonaqlarınıza sanki yeni bişirmiş kimi çıxarmaq istəyirsinizsə hazırladığımı bu tarif də mütləq nəzər salmalısınız. Burqu qurabitə adını şəklindən alır. Çay saatlarında, ya da qəhvənin yanında sevə sevə servis edəcəyiniz duzlu və ya şirin qurabiyənin resepti yazımızda.

Tərkibi:
1 paket marqarin
1 ədəd yumurta ağı
1 şirin qaşığı duz
2 şirin qaşığı şəkər
Yarım çay stəkanı maye yağ
Yarım çay stəkanı sirkə
1 paket qabartma tozu
Aldığı qədər un

Üzəri üçün:
Yumurtanın sarısı
Bulka otu-susam

Hazırlanması:

Bütün ərzaqların otaq temperaturunda olmasına diqqət göstərməlisiniz. Marqarin, duru yağ, şəkər və duzu yaxşı qarışdırın.
Daha sonra sirkə istisna olmaqla bütün materialları diqqətlə qarışdırıb ən son sirkə əlavə edin.

Hazırlanan xəmirə burqu şəklini verib üzərinə yumurta sürtün.

Ən son çörək otu səpərək 180 dərəcədə qızarana qədər bişirin.

Bişən qurabiyələriii 15 dəqiqə qədər çəkməsini gözləyin. Daha sonra servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri