Bananlı rulet

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 15 208
Səs ver:
(səs: 1)
Lazım olan ərzaqlar:
2 yumurta
1,5 stəkan un
Yarım stəkan süd
Sulu yağ
İçi üçün:
3 stəkan süd
1,5 çay stəkanı un
1 çay stəkanı şəkər tozu
6 banan
1 çay stəkanı iri çəkilmiş püstə
Bəzəmək üçün:
Toz püstə
Hazırlanması:
Un və südü bir qabda hamar olana qədər çırpın. Yumurtaları əlavə edib çırpmağa davam edin. Yapışmaz səthli tavaya 1 yemək qaşığı sulu yağ tökün və yaxşıca yayın. 1 çömçə xəmir töküb tavayı yüngülcə yelləyin. Blinlərin hər iki üzünü bişirin. Pudinq üçün, süd, un və şəkər tozunu bir qazanda davamlı qarışdıraraq orta atəşdə bişirin. Soyumağa qoyun. Hər blinin içinə pudinq yayıb bol incə çəkilmiş püstə səpin. Üzərinə bananı yerləşdirib möhkəmcə rulet şəklində bükün. Üzərinə toz halına salınmış püstə səpib ,süfrəyə verin.
 
Nuş Olsun!
 
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 15 208
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri