Blinçik xəmiri resepti

Müəllif: Lalə B.
Şərhlər: 1
Baxılıb: 3 607
Səs ver:
(səs: 0)
Tərkibi:
3 ədəd yumurta
1 x/q şəkər tozu
1 ç/q duz
500 ml süd
280 qr un
3 x/q duru yağ

Hazırlanması:
Bir kasada yumurta, duz və şəkər tozunu yavaş-yavaş çalın.
Südün yarısını əlavə edib, qarışdırmağa davam edin. Daha sonra yavaş-yavaş unu əlavə edərək qarışdırın. Un içərisində tam həll olunana qədər qarışdırmağa davam edin.

Un tamamilə qarışandan sonra qabda qalan südü əlavə edib tez-tez qarışdırın. Duru yağı əlavə edib qarışdırdıqdan sonra 10-15 dəqiqə gözləyin.
Çuqun tavanı qızdırın, içərisini duru yağla yağlayın. Daha sonra tavanın ölçüsünə görə blinçikləri bişirməyə başlayın. Blinçikin hər iki tərəfini arzuladığınız qədər qızarda bilərsiniz.

Əgər blinçikin içərisinə nəsə qoyub bükmək istəmirsinizsə, onu süfrəyə mürəbbə, qaymaq, qatılaşdırılmış südlə də təqdim edə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 607
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri