Faydalı Xurmadan Ətirli Keks

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 1 173
Səs ver:
(səs: 0)
Xurma kali, kalsi, maqni, fosfor və dəmirlə, A, C və P vitaminləri ilə zəngindir. Bu faydalı xurmadan asan, dadlı və ətirli keks hazırlaya bilərsiniz. Qadınla.Com ətirli xurmalı keksin reseptini təqdim edir.

Tərkibi:
2 ədəd yumurta
140 qr şəkər tozu
180 qr 35% yağlılığı qaymaq
240 qr un
1 çay qaşığı qabartma tozu
40 qr badam ləpəsi
150 qr xurma

Hazırlanma qaydası:
İlk öncə bir qabda yumurtanı şəkər tozuyla mikserlə çırpın. Qaymağı da əlavə edib bir neçə dəqiqə daha çırpın. Ələnmiş un və qabartma tozunu da əlavə edib qarışdırın. Badam ləpəsini xırda doğrayıb, 1/3 hissəsini xəmirə əlavə edin. Zövqə görə xurmanı kiçik kub formasında doğrayıb xəmirə əlavə edə bilərsiniz. 23 x 13 sm ölçülü qəlibə yağlı kağız sərin və xəmiri töküb yayın. Xurmanın cecəsini və tumlarını çıxarıb dilimləyin. Xurma dilimlərini xəmirin üstünə düzün və qalan badam ləpəsini səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 60 dəqiqə bişirin. Bişən keksi soyudub üzərinə şəkər kirşanı səpin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 173
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri