Armudlu kakaolu keks

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 2 513
Səs ver:
(səs: 0)
Tərkibi:
2 stəkan (215 qr ) un
1 çimdik duz
½ stəkan (30 qr) kakao
1 paket qabartma tozu
1 çay qaşığı soda
1 paket vanil
½ stəkan qatıq
1 stəkan (125 qr) zeytun yağı
1 stəkan (200 qr) bal
1 stəkan süd
2 ədəd yumurta
1-2 ədəd armud

Hazırlanma qaydası:
Bir qabın içərisində un, duz, kakao, vanil, qabartma tozu və sodanı qarışdırın. Ayrı bir qabda qatıq, süd, zeytun yağı, yumurta və balı yaxşıca çırpın. Quru və maye qarışığı birləşdirin. Dairəvi keks qəlibini yağlayın və xəmiri qəlibə tökün. Armudları soyun və uzunsov doğrayın. Soyub doğradığınız armudları xəmirin üzərinə yerləşdirin. Öncədən 180 dərəcə əvvəlcədən qızdırılmış sobada 35-40 dəqiqə bişirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 513
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri