Ərikli Badamlı Keks

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 2 849
Səs ver:
(səs: 0)
Tərkibi:
1 stəkan ağ un
yarım stəkan badam unu
yarım stəkan dənəvər şəkər tozu
1 çay qaşığı qabartma tozu
çay qaşığı ucunda duz
3/4 stəkan şəkərsiz adi badam südü
1 çay qaşığı alma sirkəsi
yarım stəkan zeytun yağı
yarım çay qaşığı təmiz badam ekstraktı
5-6 ədəd təzə ərik
1 xörək qaşığı ərik mürəbbəsi

Hazırlanma qaydası:
Dərin bir qabda ağ un, badam unu, şəkər tozu, qabartma tozu və duzu qarışdırın. Üzərinə süd və sirkə əlavə edib çırpın. Zeytun yağı və badam ekstraktı əlavə edib yaxşıca qarışdırın. Xəmiri yağlanmış keks qəlibinə töküb yayın. Ərikləri iki hissəyə bölüb tumlarını çıxarın. İkiyə bölünmüş ərikləri xəmirin üzərinə düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bişirmə vaxtının son 2 dəqiqəsində ərik mürəbbəsini 1 çay qaşığı qaynar su ilə kiçik bir qabda çırpın. Keksi sobadan çıxarın. Hazırlanmış ərik mürəbbəsinik fırçanın köməyi ilə keksin üzərinə yayın. Ancaq əriklərinə üzərinə çəkməyin. Keksi sobaya qaytarın və açıq qızılı rəng alana qədər 10-15 dəqiqə bişirin. Qəlibi dəmir telin üzərində 10 dəqiqə soyudun. Daha sonra keksi qəlibdən çıxarıb tamamilə soyudun.

Nuş Olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 849
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri