Şokoladlı Bananlı Keks.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 794
Səs ver:
(səs: 3)

Qeyd: Azərbaycanda "baking powder” ın olub olmadığından əmin deyiləm. Əgər yoxdursa, bunun yerinə keksə sadəcə soda əlavə edin. Toplam 0.5 çay qaşığı soda kifayətdir.  
Ərzaqlar:
1 3/4 stəkan (245 q) un
1/4 stəkan (30 q) tünd kakao tozu
1 stəkan (250 q) şəkər tozu
1 çay qaşığı baking powder (səhf etmirəmsə, rusca buna pekarskiy poroşok deyirlər)
1/4 çay qaşığı soda
1/4 çay qaşığı duz
bir çimdik vanil tozu
3 yetişmiş banan (təxminən 454 qram), yaxşıca əzilmiş (təxminən  1  1/2 stəkan banan püresi əldə edəcəksiniz)
2 böyük yumurta, yüngülvari mikserlə və ya qaşıqla çalınmış
1/2 stəkan (120 q) qazın üzərində və ya mikrodalğalı sobada əridilmiş (bildiyiniz ərinmiş yağ deyil) və soyudulmuş kərə yağı
1/2 stəkan (55 q) xırda (noxud boyda) doğranmış qoz
1/2 stəkan (85 q) xırda (noxud boyda) doğranmiş tünd plitka şokolad
1. Sobanı 180˚C-dək qızdırın. 2.  23 X 13 X 8  santimetr ölçüləri olan keks formasının dibini və kənarlarını azacıq yağlayın. 3. Böyük bir qabda un, kakao tozu, şəkər tozu, baking powder (bax: qeyd), soda, duz və vanil tozunu qaşıqla qarışdırın. 4. Başqa qabda əzilmiş banan, yumurta və yağı qaşıqla qarışdırın. Sonra isə bananlı qarışığı unlu qarışığa əlavə edib qarışdırın. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Buna qoz və şokoladı da əlavə edib qaşıqla qarışdırın. 5. Alınan kütləni yağlanmış keks formasına tökün. Sobanın orta yerində 55-60 dəqiqə ərzində bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Keks öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. İstəyən  keksin üzərinə şəkər nişastası səpə və yaxud da shokoladlı qlazur yaya bilər. Bu keks isti-isti də çox ləzzətli olur. 
 
 

(səs: 3)
Şərhlər: 4
Baxılıb: 5 794
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri