+++++++++++++Şokoladlı fransız keksi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1 801
Səs ver:
(səs: 0)
Keks vəsaitləri:
* 160 qr bitter şokolad
* 150 qr marqarin
* 4 yumurta
* 2/3 stəkan toz şəkər
* 2/3 stəkan çəkilmiş qoz
* 2/3 stəkan un
* 1 paket vanil
* 3/4 paket qabartma tozu
Şokoladlı fransız keksi

Üzərinə:
* şokoladlı sous (1 paket hazır sous + 1/2 litr süd)
* 1 stəkan çəkilmiş qoz

Şokoladlı fransız keksi

Hazırlanması:
1. 150 qr marqarini əridin. Əriyən marqarinə 160 qr bitter şokoladı əlavə edərək şokoladın da əridin.
2. şokolad hələ isti ikən dərin bir qaba tökün. 4 yumurtanın sarısını, toz şəkəri və qozu əlavə edib yaxşıca çırpın. Unu və vanili əlavə edib çırpmağa davam edin.
3. ayrı bir qabda 4 yumurtanın ağını çırpıb köpük halına gətirin. Bunu keks qarışığına yavaşca əlavə edərək yavaş-yavaş qarışdırın. Qarışığa qabartma tozunu əlavə edərək eyni şəkildə bir-iki dəfə qarışdırın.
4. sobası 220 selsiyə gətirin. Keks qəlibini yağlı kağızın üzərinə gətirib bir dairə çəkin. Bu kağızı keks qəlibinin döşəmənin yerləşdirin. Qəlibin kənarlarını yağlamağı unutlayın. (bu səbəbdən keksinizin döşəməsi dümdüz olacaq.)
5. qarışığı qəlibə yayıb istinən sobada 20 dəqiqə bişirin.
6. keks bişənə qədər sousu hazırlayın. (bir paket şokolad sousu çox gələ bilər. buna görə bir paketdən bir az az edə bilərsiniz.) sous otaq istiliyinə gəlincə bişən keksiniz də kifayət qədər soyuyunca keksi qəlibdən çıxarıb bir qaba qoyun. Üzərinə (kənarlardan axacaq şəkildə) incə bir təbəqə halında sousu tökün.Üzərinə çəkilmiş qoz səpib mövsüm meyvələri ilə bəzəyin.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 801
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri