Gəlin barmağı

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 6 782
Səs ver:
(səs: 2)
Tərkibi: 
xəmir:
1,5 st. su
150 q kərə yağı
240 q (1,5 st.) un
6 yumurta
krem:
500 q xama
200 q (1 st.) şəkər tozu
Xamanı bir neçə saat soyuducuda saxlayın. 
1,5 st. suyu qazana töküb ocağın üstə qoyun. 150 q kərə yağı əlavə edin. Qaynamağa başlayanda qarışdıraraq 1,5 st. un əlavə edin. Ocaqdan götürün. Xəmiri bir az soyudun. Sonra bir-bir yumurtaları əlavə edib çalın.
Konditer şprisinin köməyilə xəmiri yağlanmış siniyə barmaq uzunluqda (5-10 sm) sıxın. Əgər konditer şprisiniz yoxdursa, kağız üçün şəffaf fayl götürün, xəmiri içinə yığın, bir küncünü çəpinə kəsin və paketi sıxın. 
180 dərəcə qızdırılmış sobaya qoyun. Təxminən 20 dəqiqə bişirin. Qızarmağa başlayanda sobanı söndürün. "Barmaqlar" tam soyumayınca sobanın qapağını açmayın (bir növ ekler bişirilən kimi). 
2 st. soyuq xamanı 1st. şəkər tozu ilə çalın. "Barmaqlar"ı kremə batırıb buluda üst-üstə yığın. Üzərini krem, şokolad, yaxud meyvə ilə bəzəyin. 
Nuş olsun! 
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 6 782
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri