"Vizit" tortu

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 13 867
Səs ver:
(səs: 10)
Tərkibi:

Xəmir: 
200 q kərə yağı və ya marqarin
150 q şəkər tozu
1 ç.q. vanilli şəkər 
3 yumurta
100 ml soyuq su
10 q qabartma tozu (və ya 1 ç.q. söndürülmüş soda)
450-500 q un

Krem:
250 q şəkər tozu
2 x.q. un 
3 yumurta
200 q kərə yağı 
Həmçinin:
2-3 limon 

Limonların sedrasını çıxarın. 
Yağı şəkər tozu və vanilli şəkərlə çalın. 
Yumurta, sedra əlavə edin, bir az qarışdırandan sonra 100 ml soyuq su əlavə edin, yaxşıca çalın. 
Qabartma tozu və un əlavə edin, bərk olmayan xəmir yoğurun. 
Xəmiri 4-5 yerə bölün. Kündələyin. Yağlanmış formaya (26 sm diametrli) qoyun, əlinizlə hamarlayın. Bir neçə yerdən çəngəlləyin. 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. 
Bu qayda ilə bütün korjları bişirin. 

Krem: 
Limonların şirəsini sıxın - təxminən 100 ml. 
Yumurtaları çalın. 
Qazana şəkər tozu tökün, limon şirəsini, 50 ml su, un, yumurta əlavə edin, qarışdırın, qaynara düşəndə götürün. Yağ əlavə edin, yaxşıca qarışdırın. Soyudun. 
Bişmiş korjların arasına soyumuş krem çəkin. Üstünü zövqünüzə görə bəzəyin. Tortun özünü tutması 8-10 saat çəkir. 

Nuş olsun!

/Mənbə: Qadınlar.biz/
(səs: 10)
Şərhlər: 9
Baxılıb: 13 867
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri