Şokoladlı qurabiyələr

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 6 765
Səs ver:
(səs: 2)
Tərkibi:
* 140 qram acı-şirin (bittersweet) və ya yarı şirin (semisweet) plitka şokolad - doğrayın
* Bir stəkanın dörtdə üçü qədər + 2 xörək qaşığı un (qeyd - bir stəkan 150 qram un deməkdir)
* Yarım çay qaşığı soda
* Dörtdə bir çay qaşığı duz
* 115 qram kərə yağı - otaq hərarətində
* Yarım stəkan şəkər tozu (adi)
* Yarım stəkan tünd şəkər tozu (mixəyi rəngdə olur)
* 1 ədəd iri yumurta
* 1 çay qaşığı yarım vanil ekstraktı (pure vanilla extract)
* Yarım stəkan şəkər kirşanı (pudrası)

Harızlanma qaydası:
Şokoladı istiyə dayanıqlı bir qaba qoyub, qabı su qaynayan qazanın üstünə yerləşdirin. Qarışdıra-qarışdıra şokoladı əridin. Qabı kənara çəkin. Ayrı kasada un, soda və duzu qarışdırın. İri bir kasada yağı mikserlə yüngülləşənədək çalın. Hər iki şəkəri buraya əlavə edib kütlə hamar olanadək çalın. Ərinmiş şokoladı buraya əlavə edib, qarışanadək çalın. Yumurta və vanili də əlavə edib, çalın. Mikserin sürətini azaldıb, unlu qarışığı yavaş-yavaş alınan kütləyə əlavə edib, çalın ki, qarışsın. Alınan kütləni bir qaba qoyub, üstünü örtün. Bərkiməsi üçün 2 saat ərzində soyuducuda saxlayın (bütün gecəni də soyuducuda qala bilər). Sobanı 190Cdək qızdırın. İki ədəd iri listin dibini yağlayın. Şəkər kirşanını bir qaba qoyun. Xəmirdən diametri 2.5 santimetrində toplar düzəldin. Topların hər tərəfini şəkər kirşanına batırıb, listlərə 5 sm aralıqda düzün. Qurabiyələri 8 dəqiqə ərzində bişirin. Bişmiş qurabiyələr bir qədər yumuşaq olacaq - bu normaldır. Soyuduqlarında bərkiyəcəklər. Qurabəyələri sobadan çıxartdıqdan sonra, qoyun listdə 2 dəqiqə soyusun, sonra isə soyuma tellərinin üstünə düzün ki, tamamilə soyusunlar.

Nuş olsun!

/Mənbə: Qadınlar.biz/
 
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 6 765
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri