Təbii və ləzzətli ev keksləri ( xüsusi olaraq uşaqlarınız üçün)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 338
Səs ver:
(səs: 4)
Uşaqlar çox xoşlayar keks yeməyi. Üstəlik birlikdə hazırlasanız  keflərini pozmayın. Bişərkən o xoş ətirli qoxusu ev içinə  yayılar… O halda bu təbii və ləziz keks reseptləri tam sizə görədir!

 

1) Bəkməzli şokoladlı mini keks
(8-10 ədəd)
Tərkibi:
1 ədəd yumurta
1 çay stəkanı bəkməz
100 qram kərə yağı
60 qram bitter şokolad
2 yemək qaşığı kakao
1 çay qaşığı limon qabığı rəndəsi
1 su stəkanı tam buğda unu
1 çay qaşığı karbonat
Arzu edilsə üzəri üçün; benmari əridilmiş160 qram bitter şokolad
Fındıq

Hazırlanışı
Kərə yağı və bəkməzi mikserlə yaxşıca çırpın. Yumurtanı əlavə edin. Təkrar çırpın. Kiçik küplər halında doğradığınız bitter şokolad, kakao, limon qabığı rəndəsi, karbonat və unu əlavə edin. Mini keks qəliblərinə paylaşdırın. Əvvəldən isidilmiş sobada 170 dərəcədə, 15- 20 dəqiqə bişirin. İstəsəniz üzərini əridilmiş şokolad və fındıqla bəzəyə bilərsiniz.

 

2) Armudlu-zəncəfilli mini keks
(12-15 ədəd)
Tərkibi:
3 ədəd yumurta
1.5 çay stəkanı bəkməz
150 qram kərə yağı
2-3 ədəd orta boylu armud
1 çay qaşığı zəncəfil
1 çay qaşığı karbonat
2 su stəkanı tam buğda unu

Hazırlanışı
Kərə yağı və bəkməzi mikserlə yaxşıca çırpın. Yumurtaları əlavə edin. Qarışdıqdan sonra  zəncəfil, karbonat və unu əlavə edin. Armudları istədiyiniz şəkildə doğrayın. Mini keks qəliblərinə keksi qaşıqla bölüşdürün. Armud dilimlərini üzərlərinə yavaşca yerləşdirin. Əvvəldən isidilmiş sobada, 170 dərəcədə 20-25 dəqiqə bişirin.

 



3)Tərəvəzli mini keks
(10-12 ədəd)
Tərkibi:
3 ədəd yumurta
1 su stəkanı qatıq
100 qram otaq istiliyində olan kərə yağı
1 xörək kasas dolusu qaynadılmış və doğranmış tərəvəz (Mən brokoli, kök, gül kələm istifadə etdim)
2 su stəkanı qarğıdalı unu
1/2 su stəkanı tam buğda unu
1 çay qaşığı duz
1 çay qaşığı karbonat

Hazırlanışı

Əvvəlcə yumurtaları çırpın. Kərə yağı və qatığı əlavə edin. Qarışana qədər qarışdırın. Un, karbonat və duz əlavə edin. Qaynatdığınız tərəvəzləri una bulayın. Çoxunu silkələyin. Ən son tərəvəzləri əlavə edin. Yavaşca qarışdırın. Mini keks qəliblərinə paylaşdırın. Əvvəldən isidilmiş sobada 170 dərəcədə 25-30 dəqiqə bişirin.

/Mənbə: Qadınlar.biz/


(səs: 4)
Şərhlər: 4
Baxılıb: 6 338
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri