Tərkibi:
2 ədəd yumurta
1 su stəkanı duru yağ
1 su stəkanı toz şəkər
1 su stəkanı qatıq
2 su stəkanı un
Yarım su stəkanı soyulmuş badam
1 paket vanil
1 paket qabartma tozu
Üzəri üçün:
1 paket toz krem şanti
1 su stəkanı soyuq süd
Hazırlanması:
Dərin bir qabın içərisinə yumurta və toz şəkəri əlavə edib çırpın. Duru yağ, qatıq, un, qabartma tozu, vanil əlavə edib qarışdırın.
Soyulmuş badamı qarışığa əlavə edib bir neçə dəfə qarışdırın. Keks qəliblərini yağlayıb keks xəmirini qəliblərə pay edin.
Əvvəldən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə bişirin. Bişən kekslər sobadan çıxarıb soyuması üçün gözlədin.
Krem şantini soyuq südlə qatılaşana qədər çırpın. Krem sıxma torbasına doldurub kekslərin üzərinə sıxın.