İngilis keksi

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 11 651
Səs ver:
(səs: 8)
Tərkibi:

Keks üçün:
3 ədəd yumurta
6 qəhvə fincanı toz şəkər
3 qəhvə fincanı duru yağ
3 qəhvə fincanı süd
9 qəhvə fincanı un
1 paket qabartma tozu
1 paket vanil

Sousu üçün:
2 su stəkanı süd
4 yemək qaşığı toz şəkər
4 yemək qaşığı kakao

Üzəri üçün:
2 paket kokos 

Hazırlanması:

Yumurta və şəkəri ağarana qədər çırpın. Digər keks vəsaitlərini əlavə edib çırpmağa davam edin. Qarışığın konsistensiyası tünd olur. Əvvəldən isidilmiş 160 dərəcə sobada bişirin. Bişən keksi soyumağa buraxın. Süd, kakao və toz şəkəri qaynatmadan qarışdıraq. Kokosu qaba alın. Soyuyan keksi kub ya da düzbucaqlı çəklində dilimləyin. Kekslərin dörd bir yanını kakaolu südlü qarışığa yüngül olacaq şəkildə batırıb çıxarın.
Kokosa bulayaraq soyuducuda gözlədib, xidmət edə bilərsiniz

Nuş olsun! 

(səs: 8)
Şərhlər: 5
Baxılıb: 11 651
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri