Paxlavanın hazirlanması

Müəllif: Melek5
Şərhlər: 9
Baxılıb: 23 293
Səs ver:
(səs: 3)
Ərzaqlar:

( 28-32 s.m-lik 2 tavalıq paxlavanın ölçüləri)

Xəmir üçün:

1kq un
3 yumurta
250 q kərə yağı
1 st süd
2 x.q xama
1 ç.q quru maya
Duz

İçlik üçün: 

(İçliyi badam ləpəsi ilə də edə bilərsiniz.)
(Qoz ya da adam ləpəsinin qabığını çıxardıb qoz çəkən maşından keçiririk)
1 kq qoz ləpəsi
1kq  şəkər tozu

1/3 ç.q hil.

Yağlamaq üçün:

400 - 450 q kərə yağı

Şərbət üçün: 

(hər tavaya 1st şəkər tozu,0,5 su)
2st şəkər tozu
1 st su
Üzü üçün: 

2 ədəd yumurta sarısı
Badam ləpəsi ( fındıq ya da qoz ləpəsi qoymaq olar)

Hazırlanması:

Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq.
Yağı əridirik.
Mayanı ilıq suda qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.
Unun ortasına yumurtanı, mayanı, südü, yağı, xamanı və duzu əlavə edirik.
Yumşaq xəmir yoğururuq.
Xəmirin üstünə neylon çəkib, dəsmal qoyub, ədyala bükürük, 2 saat acımağa qoyuruq.
İçlik hazırlayırıq. Qozu tavada qovurub qabığını təmizlədikdən sonra qoz çəkən maşından keçiririk.
Çəkilmiş qozu şəkər tozu və hil ilə qarışdırırıq. Yuxaları yağlamaq üçün yağı əridirik.
Şərbəti hazırlayırıq. Qaba suyu və şəkər tozunu əlavə edib qaynara düşən kimi 2-3 dəqiqə qaynadıb, götürük.
Üzünə çəkmək üçün yumurta sarısını bir qaba sındırıb çalırıq.
Üzü üçün badam ləpəsini təmizləyirik. Bax: Badam ləpəsinin təmizlənməsi
Xəmir 2 saata acıyır.
Xəmiri hər tava üçün12 hissəyə bölürük. İki kündəni böyük qalanlarını balaca kündələyirik
Yuxanı (az) unla yayırıq.
Tavanı yağlayıb yuxanı səririk. Yuxaya yağ töküb yağlayırıq.
Hər qata 1 stəkandan 1 barmaq aşağı içlik səpirik.
Yenə yuxanı sərib yağlayırıq.
Bu şəkildə bütün qatları hazırlayırıq. Axırıncı qatı qoyduqdan sonra kənarlarını yaxşı düzəldirik.
Xəmiri romb şəklində kəsirik.
Yarım saat saxlayırıq.Sonra yumurtalayıb ortalarına badam ləpələrini qoyuruq.
180 dərəcə qızdırılmış sobada üzü az qızarana qədər bişiririk. Sonra çıxarıb yağlayırıq. Dərəcəni 150 dərəcəyə qoyuruq. Üzü tam qızarana yaxın çıxarıb şərbətini tökürük. Hər iki halda bıçaqla kəsilən yerlərlə bir də gedirik ki, həm yağ həm də şərbət hər yana yaxşı yayılsın.
Şərbəti tökdükdən sonra sobada 3-5 dəqiqə saxlayıb götürürük.

Nuş olsun !
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 23 293
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri