Şokoladlı ürək peçenye

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 6 926
Səs ver:
(səs: 3)
Ərzaqlar
10-15 ədəd
3-4 stəkan un
1 stəkan pudra şəkəri
250 qr. kərəyağı (otaq temperaturunda)
1 yumurta və birinin sarısı
Vanil

Üzəri üçün:
160 qr bitter şokolad
20 qr kərəyağı

Hazırlanması:
1. Un, pudra şəkəri və vanili qarışdırma qabına ələyin.
2. Yumurtaları və yağı əlavə edin.
3. Xəmir yoğurub strech filmə büküb soyuducunda 1 saat saxlayın.
4. Sonra xəmiri unlanmış dəzgahda 1 sm qalınlığında yayın. Ürək şəklindəki peçenye qəlibləriylə kəsib yağlı kağız sərilmiş soba qabına düzün.
5. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada 20 dəqiqə bişirin.
6. Şokoladı və kərəyağını benmari üsulu ilə əridin .
7. Soyuyan peçenyelərin yarısını şokolada bulayın və yağlı kağız sərilmiş bir nimçəyə düzün.
8. Peçenyenin şokoladı donmuş halda süfrəyə verə bilərsiniz

Nuş olsun!

/Mənbə.Qadınlar.biz/
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 6 926
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri