Çiyələk və kivili peçenya resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 8283
Səs ver:
(səs: 8)

Tərkibi:

Krem üçün:

4 su stəkanı süd

1 su stəkanı şəkər

2 xörək qaşığı un

1 xörək qaşığı düyü unu

1 xörək qaşığı nişasta

2 paket vanil


Çiyələk pudinqi üçün:

1 kasa çiyələk

1 çay stəkanı su

1 çay stəkanı şəkər

1.5 xörək qaşığı nişasta


Kivi pudinqi üçün:

2-3 kivi

1 çay stəkanı su

1 çay stəkanı şəkər

1.5 xörək qaşığı nişasta


Hazırlanması:

Krem üçün bütün vəsait dərin bir qazana alınıb qarışdırılaraq  bişirilir. Pudinq üçün çiyələk rəndədən keçirilib üzərinə su , şəkər və nişasta əlavə olunub qarışdırılır. Kivi pudinqi üçün kivi soyulub rəndədən keçirilib üzərinə su, şəkər və nişasta əlavə olunub qarışdırılır. Kök pudinqi üçün kökləri rəndələyib qovrulduqdan sonra Hindistan qozu, su, şəkər və nişasta ilə qarışdırılır. Qəliblərin yarısına meyvəli pudinqdən yayılar. Üzərinə də kremdən qoyular. Soyuducuda gözlədilib tərs çevirilərək xidmət qabına alınar.


Nuş olsun!

(səs: 8)
Şərhlər: 5
Baxılıb: 8283
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri