Halley tortu resepti

Müəllif: Zeynuş
Şərhlər: 8
Baxılıb: 8 643
Səs ver:
(səs: 2)
Tərkibi:
Keksi üçün:
5 yumurta
2 su stəkanı şəkər
2 çay stəkanı duru yağ
2 çay stəkanı süd
2 paket qabartma tozu
4 stəkan un
1 paket vanil

Ara kremi üçün:
1/2 litr süd
7 şorba qaşığı un
1 yumurta
6 xörək qaşığı şəkər
1 paket vanil
1 kiçik paket labne pendiri yoxsa (Maskarpone pendiri)

Sousu üçün:
3 su stəkanı süd
5 xörək qaşığı şəkər
6 xörək qaşığı kakao

Üzəri üçün:
Kifayət qədər hindistan qozu yoxdursa adi qoz

Hazırlanması:
Keks üçün yumurtaları şəkər ilə yaxşıca çırpın. Duru yağ, süd və vanil də əlavə edilib çırpmağa davam edin. Un və qabartma tozu da ayrı bir qabda qarışdırıb qarışığa əlavə edilir və qaşıqla qarışdırılır.
Yağlı kağız sərilmiş soba nimçəsinə tökülüb əvvəlcədən qızdırılmış 175 º dərəcəlik sobada bişirilir. Sousu üçün şəkər, kakao və süd qarışdırılır. Keks soyuyunca istər su stəkanıyla yumrular kəsilərək istər bıçaqla kvadratlara bölünər və hər tərəfi sousa bulanaraq soyuducuda 2 saat gözlədilər. Krem üçün ayrı bir qazanda un, yumurta, şəkər və vanil qarışdırılır. Süd də əlavə edilib az odda pudinq əmələ gələnə qədər bişirilir. Ocaqdan alınıb labne pendiri əlavə edilib və qarışdırılır. Soyuducuda soyumuş olan kekslər bıçaqla eninə ikiyə bölünür və aralarına hazırlanan krem sürtülür. Kekslərin hər birini hindistan qozuna bulaşdırıb üzəri arzu edilən şəkildə bəzənər.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 8 643
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri